Bakı. Trend:
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
xxx
17:35
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
