...

Bakıda 9 ədəd qaşıq udan kişinin vəziyyəti açıqlanıb (FOTO)

Hadisə Materials 19 May 2025 10:35 (UTC +04:00)
Bakıda 9 ədəd qaşıq udan kişinin vəziyyəti açıqlanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 55 yaşlı kişi 9 ədəd qaşıq udub.

Bu barədə Bakı Sağlamlıq Mərkəzindən Trend-ə bildirilib ki, 19 may tarixində saat 01:00 radələrində Çağrı Mərkəzinə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat daxil olub.

Bildirilib ki, şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı olub.

"3 saylı Şəhər Klinik Xəstəxanasından müraciət olunmuş, lakin digər tibb müəssisələri tərəfindən qəbul edilməyib. Klinikamızla əlaqə yaradıldıqdan dərhal sonra komandamız vəziyyətə operativ reaksiya göstərib, pasiyent təxirəsalınmadan qəbul edilib.

Peşəkar tibbi heyətin çevik və koordinasiyalı fəaliyyəti nəticəsində əməliyyat uğurla həyata keçirilib. Endoskopik müdaxilə 4 saat davam etmiş və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilib.

Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir"- deyə xəstəxanadan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti