...

Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb

Hadisə Materials 26 May 2025 15:23 (UTC +04:00)
Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Əsgərin ölməsi faktı üzrə cinayət işi başlanıb.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Allah hərbçimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti