...

Bakıda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar

Hadisə Materials 27 May 2025 11:51 (UTC +04:00)
Bakıda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xəzər rayonunda yerləşən marketlərin birindən 12600 manat oğurlanıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini 30 yaşlı C.Qasımlı saxlanılıb.

Səbail rayonu ərazisində də analoji hadisə baş verib. Marketlərin birindən 1133 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 24 yaşlı İ.Həsənov və 34 yaşlı Ş.Xudiyeva saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti