...

Beyləqanda bazar ərazisində baş verən yanğın məhdudlaşdırılıb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 14 İyun 2025 03:36 (UTC +04:00)
Beyləqanda bazar ərazisində baş verən yanğın məhdudlaşdırılıb (VİDEO) (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan şəhərində bazar ərazisində bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

XXX

03:11

Beyləqan şəhərində bazar ərazisində yerləşən, bir-birinə bitişik müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha geniş əraziyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi və yanan mağazalarda olan malların təhlükəsiz əraziyə daşınması istiqamətində işlər davam etdirilir.

XXX

01:33

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Beyləqan şəhərində yerləşən bazar ərazisində yanğın baş verməsi ilə bağlı ilkin məlumat daxil olub.

Trend xəbər verir ki, məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal hadisə yerinə cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti