...

Dənizdə batan gənc son anda xilas edildi (VİDEO)

Hadisə Materials 19 İyul 2025 15:59 (UTC +04:00)
Dənizdə batan gənc son anda xilas edildi (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üzən şəxs batma təhlükəsi ilə üzləşib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Məmmədov Heydər Şaiq oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti