...

Ağdam və Ağdərədə açıq ərazilərdə baş verən yanğınla bağlı FHN əməliyyata başlayıb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 İyul 2025 22:53 (UTC +04:00)
Ağdam və Ağdərədə açıq ərazilərdə baş verən yanğınla bağlı FHN əməliyyata başlayıb (VİDEO) (ƏLAVƏ OLUNUB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN rəsmi məlumat yayıb.

Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcəyi bildirilib.

XXX

22:26

Ağdam və Ağdərə rayonlarında bir neçə kəndi əhatə edən genişmiqyaslı yanğın qeydə alınıb.

Trend-in yerli müxbirinin verdiyi məlumata görə, yanğın Ağdam rayonunun Əlağalı, Qaralar və Qazançı kəndlərində başlayaraq Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində yayılıb.

Ərazilərdəki kol bitkiləri və quru ot örtüyü yanğının daha da genişlənməsinə səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. Ağdam rayonundan 2 yanğınsöndürən maşın və işçi heyəti, eləcə də Xocalı və Ağdərə rayonlarından hər birindən 1 texnika və şəxsi heyət yanğının qarşısını almağa çalışır.

Ərazinin dağlıq relyefi səbəbindən söndürmə işləri çətinləşib. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq üçün səfərbər olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti