Füzuli. Trend:
Füzuli rayonunda baş verən yanğın davam edir.
Trend-in yerli müxbirinin xəbərinə görə, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verən yanğın genişlənərək rayonun Qacar kəndi ərazisinə keçib.
Hazırda FHN-nin yanğınsöndürən əməkdaşları davam edən yanğını söndürmək üçün yanğınsöndürmə əməliyyatını davam etdirirlər.