...

Neftçalada həyat yoldaşını və qayınatasını bıçaqlayan kişi saxlanılıb

Hadisə Materials 24 İyul 2025 10:22 (UTC +04:00)
Neftçalada həyat yoldaşını və qayınatasını bıçaqlayan kişi saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Neftçalada həyat yoldaşını və qayınatasını bıçaqlayan kişi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb. Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğluna qəsəbədə yerləşən parkda, daha sonra arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evdə ona xəsarət yetirib.

Xəbər lenti

Xəbər lenti