Ağdam.Trend:
Ağdamda hüququ olmadan avtomobil idarə edən şəxs həbs olunub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı istifadəsi qadağan olunan xüsusi sayrışan işıq cihazları ilə təchiz olunan “VAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Belə ki, yoxlama zamanı sürücü – rayon sakini İlhami Nəsibovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi müəyyən edilib. Həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq məsuliyyətdən yayınmağa çalışıb. O, saxlanılaraq şöbəyə gətirilib, avtomobil müvəqqəti duracağa yerləşdirilib.
İ.Nəsibov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs olunub.
Məlumatı Trend-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu təsdiqləyib.