...

ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var

Hadisə Materials 6 Avqust 2025 04:52 (UTC +04:00)
ABŞ-də təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

ABŞ-nin Arizona ştatının Çinle hava limanı yaxınlığında təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə ərazidə yaşayan navaxo milliyətinin rezervatından polisə məlumat verilib.

"Təxminən saat 12:40 radələrində Çinl hava limanı yaxınlığında kiçik təcili yardım təyyarəsi qəzaya uğrayaraq yanıb. Təyyarədə dörd nəfər olub, hamısı qeyri-yerli olub və onların öldüyü təsdiqlənib", - deyə bildirilib.

Təyyarənin xəstəni götürmək üçün xəstəxanaya getdiyi qeyd edilib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Federal Aviasiya Administrasiyasının nümayəndələri qəzanı araşdırmaq üçün hadisə yerindədir.

Xəbər lenti

Xəbər lenti