...

Qaraçuxurda evdən oğurluq edən şəxs saxlanıldı

Hadisə Materials 13 Avqust 2025 11:57 (UTC +04:00)
Qaraçuxurda evdən oğurluq edən şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaraçuxur qəsəbə sakini polisə müraciət edərək evindən 2400 manat dəyərində qızıl-zinət əşyasının talandığını bildirib.

"Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ş.Rüstəmov saxlanılıb.

Araşdırmalar davam etdirilir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti