...

Həbsdə olan ərinə narkotik keçirmək istəyən qadın saxlanıldı

Hadisə Materials 14 Avqust 2025 14:46 (UTC +04:00)
Həbsdə olan ərinə narkotik keçirmək istəyən qadın saxlanıldı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend Ədliyyə Nazirliyin istinadən xəbər verir.

Bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti