...

Qonşular arasında məişət mübahisəsi məhkəmədə sonlandı: Qazan atıldı, daş dəydi

Hadisə Materials 23 Avqust 2025 12:47 (UTC +04:00)
Qonşular arasında məişət mübahisəsi məhkəmədə sonlandı: Qazan atıldı, daş dəydi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda bir-birinə qazan və daş atan qonşular məhkəməyə müraciət edib.

Trend-in məlumatına görə, hadisə Babək rayonunda baş verib.

Belə ki, mübahisəyə səbəb tərəflərdən birinin həyətindəki toyuq ferması olub. Təqsirləndirilən şəxs izahatında zərərçəkmişin toyuq fermasının olduğunu, onu həyətlərində tikdikdən sonra aralarında daim problem yarandığını, toyuq və cücələrin qoxusunda evdə, həyətdə durmağın qeyri-mümkün olduğunu bildirib. Bu səbəbdən də həyətdə uca səslə “Allah bəlanızı versin, bəsdirin, ayıbdır” deyib, qarşı tərəf də qayıdıb ona nalayiq ifadələr işlədib, təhqir edib və qarğış töküb. Zərərçəkmiş şəxs əsəbləşərək divarın dibindən çıxıb hasara çəkdiyi göy plyonkanı cıraraq ona qazan tullayıb, lakin qazan ona dəyməyib. Təqsirləndirilən şəxs zərərçəkmişə daş atmadığını, həyətdə nə daş, nə də qum olmadığını, zərərçəkmişin özünün qazanı götürüb başına çırpdığını deyib.

Zərərçəkmiş isə izahatında deyib ki, təqsirləndirilən şəxs yolda, bazarda, bir sözlə hər yerdə onun və ailəsinin qabağını kəsir, narahat edir. O, bildirib ki, hadisə olan günü həyətdə olub, yoldaşı isə evdə olmayıb. Həmin gün yenə təqsirləndirilən şəxs onlara qarğış edib söyüş söyüb. Ona görə də hasara pilləkən qoyub onların həyətinə tərəf çıxıb. Təqsirləndirilən şəxs ona və övladlarına qarğış elədiyindən əsəbləşərək qarşılığında özünün də ona qarğış eləyib. Bu zaman təqsirləndirilən şəxs əvvəlcədən əlində gizlətdiyi daşa bənzəyən əşyanı ona tərəf atıb. Bu zaman daş onun alnına dəyib, gözü qaralıb qaşının üstünün şişib. Bu zaman özü də əsəbiləşib yerdən götürdüyü qazanı ona tullayıb, lakin dəyməyib. O bildirib ki, hadisə bazar günü baş verib ekspert isə növbəti gün baxıb.

Babək rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti