Bakı. Trend:
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 2 pulemyot, 2 tapança, 8 qumbara, 4009 trotil, 1 alışdırıcı, 13 tüfəng, 80 patron darağı, 9035 ədəd müxtəlif çaplı patron və 3 süngü bıçaq aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.