...

Qaradağ Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi saxlanılıb

Hadisə Materials 2 Noyabr 2025 12:41 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Trend xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilir.

Xəbər lenti

Xəbər lenti