Bakı. Trend:
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd qoruyucu açar və 3 paq.m kabel yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.