...

Samur–Abşeron suvarma kanalında balıqların tələfi araşdırılır - RƏSMİ (FOTO)

Hadisə Materials 12 Noyabr 2025 16:56 (UTC +04:00)
Samur–Abşeron suvarma kanalında balıqların tələfi araşdırılır - RƏSMİ (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivindən keçən Samur–Abşeron suvarma kanalında balıqların tələf olması ilə bağlı yayılan görüntülər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Trend xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları əraziyə baxış keçiriblər.

Qeyd edilməlidir ki, Samur–Abşeron suvarma kanalı balıq yetişdirilməsi üçün nəzərdə tutulmayıb.

Ərazidə ilkin sorğular aparılıb, sudan və balıqlardan nümunələr götürülərək müvafiq laborator müayinələrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti