Bakı. Trend:
Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) dekabrın 3-ü saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.
19:10
xxx
Ağdərə rayonunda mina hadisəsi baş verib
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,
Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat
Xidmətlərinin məlumatında qeyd olunub.
Bildirilib ki, 1970-ci il təvəllüdlü kənd sakini Pənahəliyev
Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara
otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından
xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd olunub.
