...

Qayınatası və arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Hadisə Materials 4 Dekabr 2025 14:17 (UTC +04:00)
Qayınatası və arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə sonuncu məhkəmə iclası baş tutub.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fərid Bağırov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edə ki, hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllı qəsəbəsində baş verib. Fərid Bağırıov küçədə qayınatası Hüseyn Əhmədov və arvadı Əfsanə Bağırovaya vintaçanla xəsarət yetirib.

Təqsirləndirilən Fərid Bağırov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti