Ağcabədi. Trend:
Ağcabədidə avtomobil darvazaya çırpıldı, sürücü öldü.
Trend-in yerli bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Ağcabədi şəhər ərazisində baş verib. Laçın rayon sakini 1996-cı il təvəllüdlü Xanlarov Bahadur idarə etdiyi "Mercedes" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı həyətin dəmir darvazaya çırpılıb.
Nəticədə sürücü B.Xanlarov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
