...

Bu ilin 9 ayı ərzində respublika ərazisində 34 partlayış hadisəsi baş verib

Hadisə Materials 30 Dekabr 2025 16:00 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində respublika ərazisində 34 partlayış hadisəsi baş verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 34 partlayış hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 13 hadisə və ya 28% azdır.

Partlayışlar zamanı 9 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.

Məlumata görə, sözügedən dövr ərzində baş verən yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1198 olub. Yanğın hadisələri zamanı 32 nəfər həlak olub, 132 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 2%, xəsarət alanlar üzrə 30 nəfər və ya 19% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti