Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.