...

Məhkumun qəbiristanlıqda gizlətdiyi "Kalaşnikov" avtomatı aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT

Hadisə Materials 2 Yanvar 2026 12:26 (UTC +04:00)
Məhkumun qəbiristanlıqda gizlətdiyi "Kalaşnikov" avtomatı aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları birgə əməliyyat keçiriblər.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbiristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli "Kalaşnikov" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti