Bakı.Trend:
Bakıda piyada ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə yanvarın 8-i saat 07 radələrində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Əliyev Səlim Etibar oğlunun idarə etdiyi “Mercedes Benz e400” markalı avtomobildə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Rəsulova Afaq Fikrət qızını vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2.-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
