...

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü 30 sutka həbs edildi

Hadisə Materials 21 Yanvar 2026 08:39 (UTC +04:00)
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü 30 sutka həbs edildi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili sürücülük hüququ olmadan, eləcə də narkotik vasitələrin təsiri altında idarə edən Kazım Piriyev saxlanılıb.

Trend xəbər verir ki, müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Piriyev 30 sutka inzibati qaydada həbs edilib.

Xəbər lenti

Xəbər lenti