...

Binəqədidə oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıblar (VİDEO)

Hadisə Materials 28 Yanvar 2026 16:36 (UTC +04:00)
Binəqədidə oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıblar (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuiat xidmətindən məlumat verilib.

Bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti