...

Şəkidə yardımçı tikilidə yanğın baş verdi

Hadisə Materials 1 Fevral 2026 08:49 (UTC +04:00)
Şəkidə yardımçı tikilidə yanğın baş verdi

Bakı. Trend:

Şəkidə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyi Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, hadisə Səhiyyə Nazirliyinin balansında olan və hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ərazisində baş verib. Dispanserin yardımçı tikilisində baş verən yanğın zamanı daxildə olan məişət tullantıları yanıb. Yanğınsındürənlərin səyi nəticəsində alovun genişlənərək yaxınlıqdakı tikililərə keçəməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı müvafiq orqan tərəfindən araşdırma başlanılıb.

Xəbər lenti

Xəbər lenti