...

Şamaxıda yol-nəqliyyat hadisəsi oldu, ölən var

Hadisə Materials 10 Fevral 2026 23:49 (UTC +04:00)
Şamaxıda yol-nəqliyyat hadisəsi oldu, ölən var

Bakı. Trend:

Şamaxıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan sərnişin, 66 yaşlı Qabil Sərkərov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

Xəbər lenti

Xəbər lenti