...

Nijni Novqorodda OMON-çuların kafedə azərbaycanlıya hücum etməsi faktının təfərrüatları məlum oldu

Hadisə Materials 15 Fevral 2007 18:07 (UTC +04:00)

Nijni Novqorodda kafedə azərbaycanlıya hücum edilməsi ilə bağlı insidentin tədqiqatı tam sürətlə gedir və bütün günahkarlar cəzalandırılacaqlar. Bu barədə Trend in xüsusi müxbirinə "Azərros" FMMM-in vitse-prezidenti Valeri Tatarintsev məlumat verib.

O bildirib ki, azərbaycanlı diasporun fəalları ilə birgə Nijni Novqorodun BDİİ rəisi general-leytenant Viktor Bratanov, vilayət prokuroru Valeri Maksimenko, eləcə də RF prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Vladimir Zorinlə görüşüb və onlar bildiriblər ki, tədqiqat tam sürətlə gedir və müqəssirlər cəzalandırılacaqlar.

Hadisənin təfərrüatlarını Trend ə hadisə yerində olmuş, "Azərros" FMMM-in Nijni Novqoroddakı nümayəndəsi Mail Ağalarov bildirib. Belə ki, şahidlərin sözlərinə görə, o axşam "Qızıl fil" kafesinə 4 qadın gəlib. Onlardan biri prokurorluğun müstəntiqidir (adı məlum deyil). Şamdan sonra xanımlara hesab təqdim olunub və onlar kobud şəkildə onu ödəməkdən imtina ediblər və kafenin əməkdaşlarını təhdid ediblər ki, indi o, ərinə zəng edəcək və onun göndərdiyi adamlar sadəcə olaraq "sizi, azərbaycanlıları buradan bayıra atacaq". Şamın pulunu vermələrini təkrar şəkildə xahiş etdikdən sonra, yuxarıda qeyd olunan xanım, söyərək dediyi "ərini", OMON əməkdaşını çağırıb və sonradan onun həmin adamın sevgilisi olduğu aydın olub. "Əvvəlcə onlar dörd nəfər idilər, sonra isə 15 nəfərdən ibarət bütöv bir dəstə çağırıldı və onlar kafe əməkdaşları ilə dalaşmağa başladılar, əmlaka ziyan vurdular, işçilərə ağır xəsarətlər yetirdilər və hətta onların üstünə qaynar su da tökdülər. Beləliklə, bir neçə azərbaycanlı Nijni Novqorodun 33 və

35 saylı xəstəxanalarında ağır vəziyyətdədirlər".

M.Ağalarov hesab edir ki, cinayət işinin qaldırılmasına baxmayaraq, hadisənin əsl günahkarları cəzalanmayanadək işin bağlanmaması üçün səy göstərmək lazımdır.

Xəbər lenti

Xəbər lenti