Azərbaycan, Bakı / Trend müxbir K.Z?rbal?yeva/ Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindən silah-sursat tapılb. Tapılan silah-sursat arasında 1 ədəd "AK-74" silahı, 1 ədəd pnevmatik tapança, 2 ədəd qumbaraatan mərmi, 7 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, 5 ədəd mərmi, 3 ədəd süngü bıçağı, 814 ədəd müxtəlif çaplı patron, 7 ədəd patron darağı və 1 ədəd pulemyot lenti olub. Hazırda faktla bağlı araşdırma aparılır.