...

Azərbaycanın paytaxtında sərnişin avtobusu yanıb ( video )

Hadisə Materials 14 May 2007 14:55 (UTC +04:00)
Azərbaycanın paytaxtında sərnişin avtobusu yanıb ( video )

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bakının Şeyx Şamil küçəsində, metronun "Bakı Soveti" stansiyasının yaxınlığında bu gün saat 13:30 radələrində "Ford-Tranzit" markalı 10 KL 946 dövlət nömrə nişanlı sərnişin avtobusu partlayaraq yanıb. Avtomobilin sürücüsü Xəyyam Ağayev bildirib ki, avtomobil Mingəçevirdən 11 nəfər mədəniyyət işçisi gətirib.

Avtomobilin saz vəziyyətdə olduğunu deyən Ağayevin sözlərinə görə, metroya çatana yaxın avtomobildə tüstü yaranıb. Bundan sonra sərnişinlər avtobusdan düşürdülüb. Lakin avtomobili söndürmək mümkün olmayıb.

Avtomobili söndürmək üçün iki yanğınsöndürmə maşını cəlb olunub.

Xəbər lenti

Xəbər lenti