...

Azərbaycanın Yevlax rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 10 Sentyabr 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Yevlax rayonu ərazisində 7 nəfərin ölümü, 4 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, Bakı-Qazax yolunun 293-cü kilometrliyində Yevlax şəhərinin Aran qəsəbəsi ərazisində "Ford" markalı yük daşıyan avtomobillə "Qazel" markalı sərnişin daşıyan avtomobil toqquşub.

Nəticədə sərnişinlər Dilarə Əliyeva, İsmət İsmayılov, Natiq Paşayev, Rövşən Məmmədov, Zərbala Həsənov, Bəhrüz Hüseynov həlak olub. Ölənlərdən digər birinin isə şəxsiyyəti hələ ki məlum deyil. Zakir Osmanov, Vüsal Aslanov, Hüseyn Əhmədov və şəxsiyyəti məlum olmayan daha bir yaralı Yevlax regional və təcili-təxirəsalınmaz xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağırdır.

Yevlax şəhər polis şöbəsində və prokurorluğunda hadisənin səbəbləri araşdırılır.

Yevlax paytaxt Bakıdan 300 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti