...

ABŞ-da ən qədim mağaza bağlanır

Maraqlı Materials 30 İyul 2012 20:22 (UTC +04:00)
1788-ci ildə Adamsvil kəndində fəaliyyətə başlayan ABŞ-ın ən qədim universal mağazası avqustun əvvəlində bağlanacaq.
ABŞ-da ən qədim mağaza bağlanır

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Salmanov/

1788-ci ildə Adamsvil kəndində fəaliyyətə başlayan ABŞ-ın ən qədim universal mağazası avqustun əvvəlində bağlanacaq. Bu barədə Trend bazar ertəsi "Associated Press" agentliyinə istinadən məlumat verir.

Rod-Aylend ştatında yerləşən "Gray's Store" mağazasında ərzaq məhsulları, qədim əşyalar və müxtəlif bəzək kolleksiyaları almaq mümkündür.

Mağazanın 21 yaşlı sahibi İon Ueytin sözlərinə görə, mağazanı bağlamasına səbəb onun eyni küçədə yerləşən supermarket ilə rəqabətə tab gətirməməsidir.

Xəbər lenti

Xəbər lenti