...

İstanbuldan Nyu-Yorka 1 saata uçuş mümkün olacaq

Maraqlı Materials 15 Avqust 2012 15:20 (UTC +04:00)
ABŞ alimləri İstanbulla Nyu-York arasında uçuşun müddətini bir saatadək qısaldacaq reaktiv mühərrikin istehsalına çox yaxındırlar.
İstanbuldan Nyu-Yorka 1 saata uçuş mümkün olacaq

Azərbaycan, Bakı, 15 avqust / Trend, müxbir X.Murtuzayeva/

ABŞ alimləri İstanbulla Nyu-York arasında uçuşun müddətini bir saatadək qısaldacaq reaktiv mühərrikin istehsalına çox yaxındırlar. Bu barədə Trend Türkiyə KİV-inə istinadən yazır.

Belə ki, ABŞ-ın Müdafiə Nazirliyi üçün NASA tərəfindən hazırlanan və Sakit okeanda sınaqdan keçirilən uçuş aparatı "Scramjet"' adlı xüsusi hidrogen mühərriki sayəsində səsdən altı dəfə iti, saatda təxminən 7250 kilometr sürətlə uçub.

NASA-nın "X-51A WaveRider" adlandırdığı uçuş aparatı B52 bombardman təyyarəsindən 15 min metr yüksəklikdə sərbəst buraxıldıqdan sonra təxminən 4 saniyə sonra yerə düşməyə başlayıb. Bu anda işə düşən "Scramjet" mühərriki "WaveRider"ı bir dəqiqə içində saatda 7252 sürətlə 25 min metr yüksəkliyə qaldırıb. Bu yüksəklikdə təxminən 6 dəqiqə uçan "WaveRider" hidrogen yanacağı qurtaranda okeana düşüb.

"Globalsecurity.org" saytının məlumatına görə, təxminən 140 milyon dollara başa gələcək "WaveRider" layihəsi hələlik pilot layihədir. NASA-ya görə bu təyyarə gələcəkdə mülki aviasiyada "səsdən sürətli" təyyarələrdən geniş şəkildə istifadəyə yol açır.

Yeri gəlmişkən, ABŞ mülki aviasiyasiyasında hələ də ən sürətli təyyarə saatda 1126 kilometr sürətlə uçan "Cessna Citation X" təyyarəsidir. Ancaq bu özəl reaktiv təyyarə yalnız 7 sərnişin daşıya bilir.

Qeyd edək ki, Pentagon düşmənin hər cür atəşindən qaça bilən döyüş təyyarələrinin hazırlanmasına daim səy göstərir. ABŞ ordusunun məqsədlərindən biri hər hansı bir uzaqlıqdakı hədəfi maksimum 1 saat ərzində vura biləcək raket istehsal etməkdir.

Xəbər lenti

Xəbər lenti