...

Çarşablı kişilər (VİDEO)

Maraqlı Materials 22 Yanvar 2015 11:45 (UTC +04:00)
Türkiyənin Mardin vilayətində polis çarşab geyinərək qadın kimi davranan iki kişini saxlayıb. Sakinlər arasında onların “İslam Dövləti” təşkilatının terrorçuları ola bilmələri ilə bağlı təşviş yaşanıb.
Çarşablı kişilər (VİDEO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Türkiyənin Mardin vilayətində polis çarşab geyinərək qadın kimi davranan iki kişini saxlayıb. Sakinlər arasında onların "İslam Dövləti" təşkilatının terrorçuları ola bilmələri ilə bağlı təşviş yaşanıb. Bu barədə Trend cümə axşamı "Milliyet" qəzetinə istinadən xəbər verir.

Polisin araşdırmalarından sonra məlum olub ki, bu şəxslər sevdikləri qızlarla görüşmək üçün çarşab geyinib və qadın kimi bəzəniblər. Buna səbəb onların ailələrinin həmin qızlarla görüşməyə icazə verməmələri olub.

"Qadın"lardan birini ayağındakı kişi ayaqqabıları ələ verib. Belə ki, bundan şübhələnən polis dərhal ondan pasport tələb edib. Bunu görən dostu dərhal qaçmağa başlayıb. Tezliklə asayiş keşikçiləri onların hər ikisini yaxalayaraq polis idarəsinə gətiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti