...

Gonbul uşaqları olan ailələrə cərimə

Maraqlı Materials 16 Fevral 2015 18:51 (UTC +04:00)
Puerto Rikoda uşaqları artıq çəkidən əziyyət çəkən ailələrə cərimə tətbiq ediləcək.
Gonbul uşaqları olan ailələrə cərimə

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Məftun Salmanov/

Puerto Rikoda uşaqları artıq çəkidən əziyyət çəkən ailələrə cərimə tətbiq ediləcək.

Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata əsasən, hökumət ölkədə artıq çəki ilə mübarizə aparmaq məqsədilə qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, valideynlər müəyyən vaxt kəsiyində uşaqlarını arıqlada bilməsələr, onlara 800 dollaradək cərimə cəzası tətbiq ediləcək.

Qanun qəbul edilsə, müəllimlər məktəblərdəki potensial kök uşaqları təsbit edərək ailələrini xəbərdar edəcəklər.

Gonbul uşaqları olan ailələrə isə Səhiyyə Nazirliyi tərəfindən 6 ay müddətində nəzarət ediləcək.

Qeyd edək ki, ölkədəki uşaqların 28 faizi artıq çəkidən əziyyət çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti