...

Ronaldo heykəli üçün bərbər göndərir (FOTO)

Maraqlı Materials 5 Mart 2015 21:30 (UTC +04:00)
Kriştiano Ronaldo özünə olan sevgisini bu dəfə heykəlinin qayğısına qalmaqla əks etdirib.
Ronaldo heykəli üçün bərbər göndərir (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Kriştiano Ronaldo özünə olan sevgisini bu dəfə heykəlinin qayğısına qalmaqla əks etdirib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, portuqaliyalı futbolçu 2013-cü ildən Madriddəki Mum Muzeyində sərgilənən heykəli üçün xüsusi bərbər göndərir.

Heykəlinin baxımlı və yaraşıqlı görünməsini istəyən K.Ronaldo hər ay bərbərini muzeyə apararaq mumdan hazırlanmış heykəlinin saçını düzəldir.

Muzeyin nümayəndəsi Qonsalo Presa faktı təsdiqləyib və əlavə edib ki, heykəlin saçı parik deyil, Hindistandan gətirilmiş təbii saçdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti