Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
ABŞ-ın "Keurig Green Mountain" şirkəti "Coca-Cola" ilə əməkdaşlıq çərçivəsində ev şəraitində qazlı içkilərin hazırlanması üzrə avtomatların satışına başlayıb.
Trend-in məlumatına görə, "Coca-Cola" daha əvvəl qazlı içkilərin hazırlanmasını sirr saxlayırdı. Avtomatın köməyi ilə "Sprite" və ya "Fanta" qazlı içkilərini də hazırlamaq mümkün olacaq.
Avtomatlar, əsasən, internet mağazaları vasitəsilə satılacaq.