...

Çində təmiz hava pulla satılır

Maraqlı Materials 16 Dekabr 2015 23:31 (UTC +04:00)

Bakı. Trend:

Çində restoran sahiblərindən biri müştərilərinə pul qarşılığında təmiz hava satmağa başlayıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin Cianqsu əyalətində yerləşən restoran sahibi aldığı hava təmizləmə cihazını müştərilərinə 1 yuana satıb. Lakin restoran barəsində araşdırmalara başlanılıb.

Digər tərəfdən, başqa bir sahibkar Kanadadan gətirdiyi "təmiz hava" doldurduğu şüşələri 400 yuana satmağa başlayıb.

Qeyd edək ki, ötən həftə Pekində havanın həddən artıq çirklənməsi səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti