...

İslandiyada plastik şüşəyə "yaşıl" alternativ təklif edilib

Maraqlı Materials 30 Mart 2016 15:59 (UTC +04:00)
Su üçün nəzərdə tutulan plastik qabların zibilliklərdə parçalanma prosesi təxminən 1000 il ərzində baş verir.
İslandiyada plastik şüşəyə "yaşıl" alternativ təklif edilib

Bakı. Trend:

Su üçün nəzərdə tutulan plastik qabların zibilliklərdə parçalanma prosesi təxminən 1000 il ərzində baş verir. Plastik butulkaların ən azı bir dəfə istifadə olunaraq ətraf mühiti çəkiləndirməsi faktı planetimiz üçün ciddi problem haqqında xəbər verir.

İslandiyalı dizayner Ari Yonsson su üçün yosunlardan hazırlanan bioparçalanma qabiliyyətinə malik şüşə hazırlayıb. Ətraf mühitin plastik çirklənməsi probleminin innovativ həlli tədqiqatçı tərəfindən təklif edilmiş yosunlardan alınan aqar-aqar maddəsidir.

Yosunlardan butulka yaratmaq məqsədiylə Yonsson toz halındakı aqarı suyla həll edib. Bu şüşə dolu olarkən unikal formasını saxlayır, boşaldıqdan sonra isə parçalanır.

Yonssonun sözlərinə görə, plastik kütləyə təbii alternativ olan bu şüşəni yemək də mümkündür. Aqar-aqar desert üçün vegeterian və ya veqan jelatininin əvəzedicisidir. Bu maddə insanlar və ətraf mühit üçün tam təhlükəsiz materialdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti