...

Ağcaqanadları qovan televizor istehsal olunur

Maraqlı Materials 17 İyun 2016 16:23 (UTC +04:00)
"LG" şirkəti Hindistan sakinləri üçün xüsusən ağcaqanadları qovan "Mosquito Away TV" adlı televizorların istehsalına başlayıb.
Ağcaqanadları qovan televizor istehsal olunur

Bakı. Elçin Hüseynov - Trend:

"LG" şirkəti Hindistan sakinləri üçün xüsusən ağcaqanadları qovan "Mosquito Away TV" adlı televizorların istehsalına başlayıb.

Bu barədə Trend "The Next Web" saytına istinadən xəbər verir.

Televizorlar ağcaqanadları ultrasəs vasitəsilə qovur. İstehsalçı şirkətdən bildirirlər ki, texnologiyada təhlükə yaradan hər hansı bir şüalardan və ya kimyəvi maddələrdən istifadə edilməyib, lakin bunlar insan səhhəti üçün təhlükəsizdir. Ultrasəs həşəratları öldürmür, sadəcə televizorun olduğu müəyyən ərazini tərk etməyə vadar edir.

İstehsalçı şirkət qeyd edir ki, həşəratları qovma funksiyası hətta televizorun söndürülməsindən sonra da işləyir. Belə bir texnologiyalarla "LG" şirkəti ilk dəfə 2014-cü ildə kondisionerləri təchiz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti