Bakı. Trend:
Yaponiyada aparılmış araşdırmanın nəticəsinə görə ağcaqanadlar daha çox I qan qrupu olan insanları sancırlar.
Trend-in “HaberTürk” qəzetinə istinadən verdiyi məlumata görə, ağcaqanadlar üçün I qan qrupu daha ləzzətlidir.
Bu qan qrupuna məxsus insanların ağcaqanadlar tərəfindən sancılma ehtimalı II qan qruplu insanlara nisbətən iki dəfə çoxdur.Nəfəs verərəkən havaya buraxılan karbondioksit və tərdəki laktik turşu kimi maddələr ağcaqanadların ovunu daha da yaxşılaşdırır. Buna görə də isti yay günlərində ağcaqanadlar onları daha çox sancır.