...

Fizika üzrə "Nobel" alanlar bilindi

Maraqlı Materials 4 Oktyabr 2016 16:41 (UTC +04:00)
İsveçin paytaxtı Stokholmda fizika üzrə Nobel mükafatı laureatlarının adları elan edilib.
Fizika üzrə "Nobel" alanlar bilindi

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda fizika üzrə Nobel mükafatı laureatlarının adları elan edilib.

Trend-in məlumatına görə, 2016-cı ildə bu mükafata Devid Dulez, Danken Haldeyn və Maykl Kosterlitz topoloji faza keçidlərinin və materiyanın topoloji mərhələlərinin nəzəri kəşflərinə görə layiq görülüblər. Alimlər ekzotik materiyanın sirlərini aşkar ediblər. Belə ki, onlar materiyanın ifrat keçiricilik, axımlılıq və digər qeyri-adi fazalarını, vəziyyətlərini qabaqcıl riyazi metodlar vasitəsilə tədqiq ediblər.

Qeyd edək ki, bu kəşf materiyanın sirlərini aşkar etməklə yanaşı, innovativ materialların inkişafı sahəsində yeni perspektivlər açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti