...

Dünyanın ən soyuq qitəsinə poçt bloku həsr olundu - Bu gündən tədavüldə

Maraqlı Materials 16 İyul 2019 14:00 (UTC +04:00)
Bu gün dünyanın ən soyuq qitəsi - Antarktidanın kəşfinin 200 illiyinə həsr olunan poçt bloku tədavülə buraxılıb.
Dünyanın ən soyuq qitəsinə poçt bloku həsr olundu - Bu gündən tədavüldə

Bakı. Trend:

Bu gün dünyanın ən soyuq qitəsi - Antarktidanın kəşfinin 200 illiyinə həsr olunan poçt bloku tədavülə buraxılıb.

Trend-in məlumatına görə, poçt markalı blokun üzərində “Vostok” və “Mirnıy” adlı qayıqlar, həmçinin Antarktida peyzajı təsvir olunub.

Poçt markalarının dövriyyəyə buraxıldığı gün, yəni bu gün Moskva, Sankt-Peterburq və Penza şəhərləri üçün “İlk gün” zərfi və möhür hazırlanıb. Bundan əlavə markanın üzərinə xüsusi həkketmə həyata keçirilib.

Hər markanın nominal dəyəri 50 rubl, blokun tiraji isə 40 min nüsxə təşkil edir. Poçt blokunun ölçüsü 124×70 mm, blokda olan poçt markalarının ölçüləri isə 42×30 mm təşkil edir. Layihə dizayner-rəssam İ.Ulyanovskiyə məxsusdur.

Qeyd edək ki, ən soyuq, ən quru, ən küləkli və ən yüksək materik olan Antarktidanı 1820-ci ildə Mixail Lazarev və Faddey Bellinshauzenin kəşf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti