...

Alimlər göz qırpma zamanı ölçüsünü böyüdən linzalar yaradıblar

Maraqlı Materials 4 Dekabr 2019 22:23 (UTC +04:00)

Bakı. Trend:

Kaliforniya Universitetinin (ABŞ) alimləri göz qırpma zamanı ölçünü böyüdən kontakt linzalar yaradıblar.

Trend-in məlumatına görə, kontakt linza gözlərin hərəkəti ilə idarə olunur və istifadəçi öz istəyi ilə görünən təsvirin miqyasını böyüdə bilər. Bunun üçün iki dəfə göz qırpmaq kifayətdir. Biometrik linzalar göz almacıqlarının hərəkəti zamanı yaranan elektron impulslara reaksiya verir.

Polimerlərdən hazırlanan linza 32%-dək böyümə qabiliyyətinə malikdir. Deformasiya zamanı fokus məsafəsi dəyişir.

Alimlər ehtimal edirlər ki, bu linzalardan müasir göz protezlərinin yaradılması üçün istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti