...

Tamamilə yeni həyat növü ola biləcək sirli nəhənglər aşkarlanıb

Maraqlı Materials 29 Mart 2025 17:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyalı alimlər səkkiz metr uzunluğunda sirli quruluşlara malik "Prototaxites"in müasir analoqu olmayan, qədim və naməlum bir canlı qrupuna aid ola biləcəyini irəli sürüblər.

Trend xəbər verir ki, bu barədə elm adamlarının tədqiqatları xarici KİV-lərdə dərc olunub.

Məlumata görə, Bu kəşf əvvəlki nəzəriyyələri şübhə altına alır. Əvvəllər bu orqanizmlərin qədim ağaclar, nəhəng göbələklər və ya yosunlar olduğu düşünülürdü. "Prototaxites"in qalıqları ilk dəfə XIX əsrdə Kanadada tapılıb və onun təbiəti ilə bağlı alimlər uzun müddət fikir ayrılığı yaşayıblar.

Son araşdırma göstərib ki, o, nə bitki, nə göbələk, nə yosun, nə də heyvandır - onun hüceyrə quruluşu və kimyəvi tərkibi bütün tanınmış canlılardan fərqlənir.

Alimlər hesab edirlər ki, bu varlıq çoxdan məhv olmuş, tamamilə fərqli bir həyat formasına aid olub.

Onun nəyə görə yoxa çıxması isə hələ də sirr olaraq qalır. Gələcək araşdırmalar isə Yer üzündə həyatın keçmişi barədə yeni, sensasiyalı məlumatlar üzə çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti