...

Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcəyi gün uzaqda deyil- Ilham Əliyev (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2007 12:21 (UTC +04:00)
Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcəyi gün uzaqda deyil- Ilham Əliyev (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ilhamqızı, E.Hüseynli/ Azərbaycan prezidenti Ilham Əliyev erməni lobbisinin və onu himayə edən dövlətlərin Azərbaycan və Türkiyəyə qarşı apardığı riyakar siyasətini pisləyib. "Dünya birliyi Ermənistanın işğalçılıq siyasətini lazımınca tənqid etmir"- şənbə günü Türk Dövlətlərinin Bakıda keçirilən XI Qurultayında çıxışında Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Bu gün Bakıda türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işinə başlayıb. Qurultayda 30 ölkədən 550 nəfərədək qonaq, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin prezidenti və türkdilli dövlətlərin yüksək hökumət nümayəndələri iştirak edirlər. Qurultayın məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onlar arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk xalqlarının ümumi problemlərinin həlli yollarını birlikdə araşdırmaqdır.

Azərbaycan prezidenti bildirib ki, türk dövlətləri yalançı erməni iddialarına qarşı öz həqiqətlərini ortaya qoymalıdır. "Azərbaycan, torpaqlarını işğaldan azad etmək üçün, başqa üsullara əl atmağa məcbur olacaq. Mən şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və o gün uzaqda deyil"- Əliyev əlavə edib. Dövlət başçısı hesab edir ki, Azərbaycan -Türkiyə diasporu erməni lobbisinin apardığı yalançı iddialara qarşı mübarizəsini gücləndirməlidir.

Xəbər lenti

Xəbər lenti