...

"Kosovo modeli" Gürcüstan və Azərbaycandakı separatçılara əlavə ümidlər verir – Beynəlxalq Böhran Qrupu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2007 13:45 (UTC +04:00)
"Kosovo modeli" Gürcüstan və Azərbaycandakı separatçılara əlavə ümidlər verir – Beynəlxalq Böhran Qrupu

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Kosovo modeli" Gürcüstan və Azərbaycandakı separatçılara əlavə ümidlər verir və ölkələr üçün problemlər yaradacaq. Bununla bağlı Beynəlxalq Böhran Qrupunun Azərbaycan üzrə təhlilçisi Təbib Hüseynov cümə günü "Qarabağ 2007: müzakirələr və perspektivlər" mövzusunda keçirilən Dəyirmi masada bildirib.

"Separatçılar ümid edəcəklər ki, onlara da "müstəqillik" verilə bilər", deyə Hüseynov əlavə edib.

SSRİ dağıldıqdan sonra Azərbaycan (Dağlıq Qarabağ) və Gürcüstanda (Obxaziya və Asetiya) etnik zəmində münaqişələr yaranıb və hələ də həll olunmamış qalır.

Dağlıq Qarabağ probleminə toxunan Qrup nümayəndəsi bildirib ki, "Kosovo modeli" Azərbaycandakı münaqişənin həlli üçün presedent ola bilməz və bu səbəbdən də münaqişənin uzanmasına səbəb olacaq.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti