...

Rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərini Azərbaycanın son sorğusundan nəticə çıxarmağa çıxarır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2008 19:50 (UTC +04:00)
Rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərini Azərbaycanın son sorğusundan nəticə çıxarmağa çıxarır

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir K.Ramazanova / Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərini Azərbaycanın son göndərişindən nəticə çıxarmağa çağırıb.

"Həmsədrlər danışıqları monopoliya edir və "onlara sərfəli istiqamətə" yönəldirlər", çərşənbə axşamı Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə deyib.

Rəsmi Bakı ATƏT-in həmsədr ölkələrinin, yaxud ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəyişdirilməsi üsulları haqqında sorğu göndərib. Rəsmi Bakının belə kəskin hərəkətlərinin səbəbi martın 14-də BMT-nin Baş Assambleyasının iclasında ATƏT-in Minsk Qrupuna rəhbərlik edən ölkələrinin, qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" Qətnaməsini dəstəkləməmələri olub.

Əzimov qeyd edib ki, Azərbaycan həmsədrlərin dəyişdirilməsi niyyətində olmayıb. "Minsk Qrupuna ünvanlanmış məktub, ədəbli addımdır", deyən nazir müavininin sözlərinə görə, strareji addım ondan ibarətdir ki, "Azərbaycan ATƏT-in Minsk Qrupu potensialının natamam istifadəsini müşahidə edir" O qeyd edib ki, Azərbaycan Minsk Qrupunun Azərbaycan və Ermənistana keçən ilin payızında təqditm etdiyi münaqişənin nizamlanmasının "təməl prinsipləri"ndəki fasiləni aradan qaldırmaq üçün, danışıqları davam etdirməyə hazırdır."Azərbaycanın ərazi bütövlüyü danışıqlar üçün alternativsiz əsasdır və Azərbaycan müzakirələri ancaq bu yöndə davam etdirə bilər" -deyə nazir müavini məlumat verib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti